Birinci sinfə qəbul üzrə 44 880 sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 44 880 sorğu yerləşdirilib

Avqustun 28-nə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu yerləşdirilib.
 
Maide.Az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.
 
Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.
 

Google+ WhatsApp ok.ru