Birləşmiş Ərəb əmirlikləri Yəmən cinayətlərinin birbaşa iştirakçısıdır- Beynəlxalq təşkilat

Birləşmiş Ərəb əmirlikləri Yəmən cinayətlərinin birbaşa iştirakçısıdır- Beynəlxalq təşkilat

“Birləşmiş Ərəb Əmirlikləri Yəmənin cənubunda dövlətə qarşı vuruşan müttəfiq qruplarla birgə müharibə cinayətləri törədir.” 
 
Maidə.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının yayımladığı açıqlamada bildirilir. Hesabatda qeyd olunur ki,  Yəmənin cənubundakı qeyri-qanuni həbsxanalarda qanunsuz həbslər, kütləvi işgəncələr və digər cinayətlərdə BƏƏ birbaşa iştirak edir. 
 
Həbsdə olanların həyatlarını itirmək təhlükəsi ilə üz-üzə olduğu qeyd edilir. Təşkilatın hesabatında əllərində 2016-2018-ci illəri əhatə edən 51 müharibə cinayəti faktının olduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, təşkilat işğalçı BƏƏ-ni Yəməndə həyata keçirdiyi müharibə cinayətlərini dayandırmağa səsləyib.

Google+ WhatsApp ok.ru