Birləşmiş Ərəb Əmirliklərində koronavirus aşkarlanıb 29 Yanvar 2020 10:20 Xəbərlər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus aşkarlanıb. “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb. Xəstəlik Çinin Uhan şəhərindən gəlmiş ailənin üzvlərində aşkar edilib. Bildirilib ki, xəstələrin vəziyyəti sabitdir, hazırda onlar tibbi müşahidə altındadırlar. Teqlər : #Birləşmiş,#Ərəb,#Əmirliklərində,#koronavirus,#aşkarlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ’Kanal 12‘ televiziyası bu gündən test yayımını başlayıb Bakı sakini QİÇS-dən ölüb