Bir ölüm faktı artıb - Son bir həftənin statistikası

Bir ölüm faktı artıb - Son bir həftənin statistikası

İyul ayının 30-dan avqust ayının 6-dək 13 nəqliyyat hadisəsi baş verib, 4 ölüm, 14 xəsarət qeydə alınıb.
 
Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov İnterpress.az-a son bir həftənin statistikasını açıqlayarkən deyib:
 
“Ötən həftə ilə müqayisədə 2 hadisə azalsada, 1 ölüm faktı artıb 15 xəsarətin də sayı da azalıb. Xəsarət dərəcəsi də yüngülləşdirlib. Eyni zamanda, Bakı Şəhəri üzrə 338 sərxoş sürücü saxlanılıb. Işıqforda qırmızı işığı keçən 873 sürücü inzibati qaydada məsuliyyətə cəlb ediilib. 8 avtoxuliqanlıq faktı da qeydə alınıb ki, ötən həftə ilə müqayisədə 3 fakt azalıb”.
 
Bundan başqa, şöbə rəsisi əlavə edib ki, sərnişin daşıma qaydlarını pozan 101 sürücü, ötməvə manevr etmə qaydlarını 209, 32 sürücü sənətsiz olduğu üçün barələrində inzibati protokol tərtib edilib. 3841 piyada isə inzibati qaydada məsuliyyətə cəlb olunub”.
 

 

Google+ WhatsApp ok.ru