Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş magistral qaz kəmərinin qaz təchizatı mənbəyinə qoşulması, qaz nəqli sistemində təmir-bərpa və təmir-quraşdırma işləri, eləcə də qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək Siyəzən, saat 17:00-dək Ağsu və Qobustan, saat 18:00-dək Quba rayonuna, həmçinin Xətai, Sabunçu, Zaqatala, Ağstafa, Goranboy, Qazax, Şirvan və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Google+ WhatsApp ok.ru