Bir neçə ölkə Arakan müsəlmanlarına yardım üçün hərəkətə keçib

Myanmada buddistlərin zülm və təzyiqrlərindən canını qurtararaq İndoneziyaya sığınan Arakan müsəlmanlarına (Rohingyalar) bir neçə  tərəfindən yardımlar edilir.
Maide.az xəbər verir ki, Malayziya və İndoneziyanın Arakan müsəlmanlarına 1 il müddətinə öz torpaqlarında sığınacaq verəcəyini açıqlamasından sonra Türkiyə, Filippin, Qambiya, Yeni Zelandiya və bir neçə ölkə maddi yardımlar etmək üçün hərəkətə keçib.
Türkiyə ilk mərhələdə Rohingyalar üçün ərzaq və geyim yardımı göstərib. Bundan başqa 1 milyon dollar maddi yardım da edilib.
İndoneziyanın xarici işlər naziri Arrmanatha Nasir İslam Əməkdaşlıq Təşkilatına (İƏT) səslənərək Rohingyaların probleminin həll edilməsi üçün dəstək verməsi üçün çağırış edib./

Google+ WhatsApp ok.ru