Bir neçə tanınmış şirkət Səudiyyə ilə əməkdaşlıqdan imtina edib

Bir neçə tanınmış şirkət Səudiyyə ilə əməkdaşlıqdan imtina edib

Bir neçə tanınmış telekanal və şirkət 23 oktyabrda Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan iqtisadi konfransa qatılmayacaqlarını bəyan ediblər.
 
Maide.Az "SalamNews"-a istinadla xəbər verir ki, “Uber” şirkəti və “Virgin Group” şirkəti “itmiş” jurnalist Camal Kaşıkçıya görə Səudiyyə Ərəbistanında keçiriləcək iqtisadi konfransa qatılmayacaqlarını və burada investisiya ilə bağlı qərarlara qoşulmayacaqlarını bildiriblər.
 
Bundan savayı “The Economist” məcəlləsi, "New-York Times" və Voacom media kompaniyası “itmiş jurnalist”ə görə dəvət edildiyi Səudiyyə Ərəbistanındakı konfransa qatılmayacaqlarını bildiriblər.
 
"Financial Times" də oxşar addım atma haqda düşünəcəyini bildirib.
 
CNN və Blomberg media qurumları da Səudiyyə Ərəbistanında 23 obkaybrda başlayacaq iqtisadi konfransa qatılıb qatılmamaq haqda hələ qərar verməyiblər.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanın siyasətini tənqid edən jurnalist Camal Kaşıkçı cari ayın 2-də bu ölkənin İstanbuldakı konsulluğuna girib və bir daha oradan çıxmayıb.
 
Hazırda Səudiyyə Ərəbistanına qarşı beynəlxalq təzyiqlər artmaqdadır.
 

Google+ WhatsApp ok.ru