Bir qanun, yüz qanunsuzluq

Bir qanun, yüz qanunsuzluq

"Exo" qəzetində "Hansı halda Azərbaycandan xaricə çıxmağa icazə vermirlər?" sualına ekspertlərlə cavab axtarılır.
 
Müəllif yazır ki, bu yaxınlarda Vergilər Nazirliyi vergi borcları olan fiziki və hüquqi şəxslərin ölkədən çıxışına qadağa siyahısını yeniləyib: "Nazirlikdən bildiriblər ki, xaricə çıxış qadağası borc tam ödənildikdən sonra qaldırıla bilər".
 
Ekspert Əkrəm Həsənov isə mövzunu qəzetə belə dəyərləndirib: "Ölkədə elə bir qanun yoxdur ki, vətəndaşa kredit və ya maliyyə təşkilatına olan borcuna görə xaricə getməyi qadağan etsin»".
 
Ekspertin deməsinə görə, borclunun xaricə çıxışına yasaq ancaq bir halda qoyula bilər. Həmin şəxslə bağlı məhkəmə qərarı olsun: "Məhkəmə qərarı var, amma şəxs borcunu imkanı olduğu halda ödəmir, yalnız bu halda xaricə çıxışa qadağa qoyula bilər. Qalan bütün hallarda xaricə çıxış yasağı qoyulması qanunsuzluqdur".
 
Ekspert Samir Əliyev isə hesab edir ki, ölkənin indiki mürəkkəb maliyyə durumunda dövlət, əksinə, vətəndaşa tərəf addımlar atmalıdır.
 
S.Əliyev deyir ki, Azərbaycanda şəxsin məhkəməyə verilməsindən ötrü borcun məbləği ilə də bağlı normativ hələ müəyyən edilməyib. /

Google+ WhatsApp ok.ru