`Birtərəfli iqtisadiyyat, qeyri-sabit manat və əhalinin aşağı olan gəlirləri`

`Birtərəfli iqtisadiyyat, qeyri-sabit manat və əhalinin aşağı olan gəlirləri`

“Exo” qəzetində “Dalan: birtərəfli iqtisadiyyat, qeyri-sabit manat və əhalinin aşağı olan gəlirləri” sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkə iqtisadiyyatının gerçək durumunu ekspertlərlə müzakirəyə çıxarır. Yazıda oxuyuruq:
“Rəsmi göstəricilərə əsasən, əgər iqtisadiyyat iki rüb davamlı inkişaf edirsə böhran bitmiş sayılır. Amma bu belə deyil axı, hələ, hökumətin qarşısında təcili qaydada həll etməli olduğu çoxsaylı məsələlər var. İqtisadi şaxələndirmənin gerçəkləşməməsi, manatın qeyri-sabitliyi, bank sisteminin problemləri, əhalinin gəlirlərinin aşağı olması ölkənin inkişafını əngəlləyən amillər sırasındadır. Bundan əlavə korrupsiya və inhisarla mübarizə də “başağrısı”dır”.
 
Ekspertlər hesab edirlər ki, problem təkcə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə bağlı deyil. Üstəlik, ölkənin daxili problemləri durumu daha da ağırlaşdırıb:
“Odur ki, neftin qiymətindəki cüzi artım böhranın aradan qalxmasına və uzun illər boyu toplanmış bütün problemlərin həllinə zəmanət vermir. İqtisadiyyat birtərəfli inkişaf edirdi, odur ki, gec və ya tez dalana dirənməli idi, digər tərəfdən işsizlik də problem olaraq qalmaqdadır”.
 
Ekspertlərə görə, indi Azərbaycanda işsizlik problemini aradan qaldırmaq mümkün deyil. Ancaq problemi yumşaltmaq olar.
 
Onların fikrincə, regionlarda aqrar və yüngül sənaye sahəsi inkişaf etdirilsə bir xeyli iş yerləri yaranar:
“Hazırda regionların əksəriyyəti Bakının himayəsindədir. İstəmək azdır, həm də nəsə etmək lazımdır. Məmurlar məqsədləri kağız üzərində yaxşı göstəriblər. Bunun gerçəkdə necə olacağını isə zaman göstərəcək. Zaman isə çox deyil...” /

Google+ WhatsApp ok.ru