`Biz Qüdsün adını qəlbimizə yazdıq` - VİDEO

`Biz Qüdsün adını qəlbimizə yazdıq` - VİDEO

-- 22 İsrail əsgərinin qorxu ilə həbs etdiyi 14 yaşlı fələstinli gəncin əmisindən açıqlama

22 işğalçı İsrail əsgərinin qorxu ilə həbs etdiyi 14 yaşlı fələstinli gənc Fəvzi əl-Cunidinin intifadanın simvoluna çevrilib. 
 
Maide.Az “yenisafak” –a istinadən xəbər verir ki, həbs olunan gəncin əmisi Rəşad Əl-Cunidi bildirib ki, "Biz Fələstin uşaqlarıyıq. Uşaqlarımızın qəlbinə və ağlına Qüdsün Fələstinin paytaxtı olduğunu yazmışıq. Onu heç kəs silə bilməz”
 
R.Əl-Cunidi  deyib ki,baxın heç müdafiəsi olmayan bir uşağa necə hücum edirlər. "Bizə onun məhkəməsinin keçirildiyi bildirildi.  Durumunun necə olduğu haqda heç bir məlumatımız yoxdur.  Lakin bunlar bizi qorxutmaz. Mübarizəmiz həmiş ədavam edəcək". 
 
Fələstinli jurnalist Wisam Hashlamoun, New Dawn-a üçüncü İntifadanın simvoluna çevrilən fotoşəkil haqqında danışarkən  deyib ki, bu fotonun bir simvol olacağı mənim ağlıma belə gəlməmişdi. Düşündüyüm tək şey, işğalçı İsrailin uşaq, qadın, yaşlı olmasına baxmayaraq Fələstinlilərə qarşı tətbiq etdiyi zorakılığı nümayiş etdirmək idi. 
 
Qeyd edək ki, Qüdsü müdafiə aksiyalarında İsrail əsgərinin bir neçə gün öncə həbs etdiyi şəxsdən biri olan gözləri və əli bağlı 14 yaşlı fələstinli Fəvzi əl-Cunidinin harada saxlanıldığı məlum olub.   
 
"Anadolu" agentliyinin Qüds müxbirinin paylaşdığı məlumata əsasən, fələstinli uşaq İsrail rejiminin Beytullahim yaxınlığındakı hərbi həbsxanada saxlanılır.
 
 

Google+ WhatsApp ok.ru