Bişkek şəhər İmam Əli (ə) məscidinin imamı Şeyx Sərdar Hacıhəsənlinin həbsini pislədi

Bişkek şəhər İmam Əli (ə) məscidinin imamı Şeyx Sərdar Hacıhəsənlinin həbsini pislədi

Qırğızıstanın paytaxtı Bişkek şəhəri İmam Əli (ə) məscidinin imamı Hacı İlqar Şeyx Sərdar Hacıhəsənlinin həbsilə bağlı bəyanat yayıb. 
 
Maide.Az saytına daxil olan bəayantda bildirilir: 
 
Aldığımız məlumata görə 22.02.2017 tarixində, Azərbaycan ruhanilər məclisinin üzvü, Maidə.Az saytının baş redaktoru, cəmiyyət tərəfindən çox sevilən və rəğbət bəslənilən ruhani, Şeyx Sərdar Hacıhəsənli Masallı şəhər polisi tərəfindən saxlanılaraq istintaqa cəlb edildikdən sonra barəsində həbs qəti-imkan tədbiri çıxarılıb.
 
Özünü dünyada tolerant və nümunə kimi qələmə verən bir ölkədə bu hadisə, bundan əvvəlki həbslər və ölkədə baş verən müxtəlif proseslər çox gülünc və yol verilməzdir.
 
Şeyx Sərdar Hacıhəsənli Sovetlər dönəmində hələ gənc yaşlarında olarkən müqəddəs İslam dininin keşiyində dayanıb və onun doğru formada insanlara çatdırılmasında yorulmadan çalışardı. Şeyx Sərdar Hacıhəsənli nəinki Azərbaycanda, bəlkə Azərbaycanın hüdudlarından kənarda da çox sevilən və rəğbət bəslənilən bir ruhanidir. Şeyx Sərdarla uzun illər dostluğumuza və tanışlığımıza rəğmən, onun barəsində deyə bilərəm ki, Şeyx Sərdar təqvalı, savadlı, qabiliyyətli, vətənsevər, məzlum və imkansız insanların qayğısına qalan, zülümlə heç zaman barışmayan və … , və sadiq bir dostdur.
 
Şeyx Sərdarı həbs edənlər unutmasınlar ki, Allah dostlarının iradəsini heç kim və heç nə sarsıda bilməz. Mən öz adımdan və Qırğızstanda yaşayan bir çox azərbaycanlılar adından bu həbsi qətiyyətlə pisləyir və məsələnin müsbət istiqamətdə həll olunmasını istəyirik.
 
Qırğızstan, Bişkek
İmam Əli (ə) məscidinin imamı Hacı İlqar

Google+ WhatsApp ok.ru