Bişkekdə Çin səfirliyinə hücum olub

Bişkekdə Çin səfirliyinə hücum olub

Avqustun 30-da səhər Qırğızıstan paytaxtı Bişkekdə Çin səfirliyi qarşısında partlayış törədilib.

 

Maide.Az xəbər verir ki, avtomobili səfirliyinin darvazasına çırpmaq istəyən kamikadze, hadisə nəticəsində həlak olub, yaxınlıqdakı adamlar yaralanıb.

Ölkənin səhiyyə nazirliyi 3 nəfərin yaralandığını bildirir. İlkin məlumatlara görə, ikisi mühafizəçilərdir.

Qırğızıstanın GKNB dövlət təhlükəsizlik xidməti bildirib ki, partlayışın səbəbini araşdırır, amma detalları açıqlamayıb.

Həmçinin səfirliyin darvazasına, eləcə də hasarına ziyan dəyib. /

 

Google+ WhatsApp ok.ru