Bülənt Arınç Netanyahunun qələbəsinə sevinir

Türkiyənin baş nazir müavini Bülənd Arınç İsrail rejiminin TV2 kanalına danışıb. Maide.az xəbər verir ki, Netanyahunun seçkiləri qazanmasını müsbət qarşıladığını söyləyən Arınç, "Bu bir uğurdur. İsrail xalqının seçimidir", - deyib. 
 
Fələstinlə bağlı açıqlamalar da verən Arınç, "Yaxın Şərqə sülhün gəlməsi və şübhəsiz İsrail təhlükəsizliyinin də nəticə etibarilə güclü bir şəkildə təmin edilməsidir. Bu nöqtədə Türkiyənin yaxşı bir tərəfdaş kimi seçilməsi, fikrimizcə doğru olar" söyləyib.

Google+ WhatsApp ok.ru