Bölgələrdən ali məktəbə qəbul artıb - CƏDVƏL

Bölgələrdən ali məktəbə qəbul artıb - CƏDVƏL

 
Son illər qəbul imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin arasında kənd rayonlarından olan abituriyentlərin sayı artıb.
 
2011-ci ildə kənd rayonlarından olan abituriyentlərin sayı imtahanda iştirak edən abituriyentlər içərisində 52.76%, qəbul olan abituriyentlər içərisində isə 45.59% idisə, artıq 2015-ci ildə bu rəqəmlər, müvafiq olaraq, 54.67% və 50.05%-ə bərabər olub.
 
Respublikanın müxtəlif bölgələrindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri üzrə aparılan statistik araşdırmalara əsasən ən yüksək nəticəni Qax, ən aşağı nəticəni isə Xızı rayonu göstərib. Bundan başqa, Bakı və Mingəçevir şəhərlərindən, Salyan və Qəbələ rayonlarından olan abituriyentlərin də qəbulolma faizi, bir qayda olaraq, yüksəkdir. (qafqazinfo) /
 
 

Google+ WhatsApp ok.ru