Bölgələrdən Bakıya avtobuslar saat yarım gecikmə ilə gəlir

Bölgələrdən Bakıya avtobuslar saat yarım gecikmə ilə gəlir

Hava şəraiti ilə əlaqədar bölgələrdən Bakı istiqamətinə gələn marşrut avtobuslarında gecikmələr var.
 
Maide.Az-ın verdiyi məlumata görə, bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Komplerksinin sahə rəisi Məhəmməd Abdullayev bildirib.
 
Onun sözlərinə görə, səhər saatlarında rayonlardan Bakıya gələn avtobusların əksəriyyəti avtovağzala gecikmə ilə daxil olub:
 
"Əsasən Qazax, Masallı, Quba, Şamaxı, Qəbələ, İsmayıllı istiqamətindən şəhərə gələn avtobuslar gecikir. Marşrutların bəziləri 30-40 dəqiqə, uzaq yol gələnlər isə 1 saat, 1 saat 30 dəqiqə gecikir. Gecikməyə səbəb yolların qarlı olmasıdır. Buna görə də sürücülər sərnişinlərin təhlükəsizliyi üçün avtobusları aşağı sürətlə idarə edirlər və bu da gecikmələrə səbəb olur".
 
M.Abdullayev bildirib ki, hava şəraitinin qarlı və şaxtalı olmasına baxmayaraq, Bakıdan rayonlara gələn avtobuslar qrafikə uyğun, gecikmədən hərəkət edirlər. /

Google+ WhatsApp ok.ru