Bloger Mehman Hüseynov polis tərəfindən oğurlanıb və döyülüb -VİDEO

Bloger Mehman Hüseynov polis tərəfindən oğurlanıb və döyülüb -VİDEO

Dekabrın 27-də axşam saatlarında bloger və keçmiş siyasi məhbus Mehman Hüseynov polis tərəfindən tutulub və naməlum istiqamətə aparılıb. Bu, şəhərin mərkəzində küçədə, çoxsaylı şahidlərin və Mehmanın həmkarlarının gözü önündə, onun reper Pasterin azad edilməsi tələbi lə təkbaşına etiraz aksiyası keçirməsindən bir neçə dəqiqə sonra baş verib. Onun qollarını buraraq, maşına mindirilər. Polis heç bir izahat verməyib.

Yalnız səhərə yaxın məlum olub ki, Mehman maşında döyülüb, daha sonra şəhərdən kənarda boş ərazidə buraxılıb.

 Bloger yardım və zorakılıq izlərinin qeydə alınması üçün həkimə müraciət edib. Həkim müayinəsi zamanı onun bədənində çoxsaylı qançırlar və sıyrıntılar qeydə alınıb.

Polisin davranışının nə ilə izah olunduğunu demək çətin deyil: son günlər Mehman Hüseynov yenidən sosial şəbəkələrdə hakimiyyəti kəskin şəkildə tənqid edir, bu yaxınlarda keçirilən bələdiyyə seçkilərinin saxtalaşdırılmasını, habelə Paster ləqəbli reperin (Pərviz Quluzadə) - 30 gün müddətinə həbs edilmiş hakimiyyətin daha bir tənqidçisinin həbsini pisləyib.

M.Hüseynov deputatlığa namizədliyini də irəli sürüb. 

DİN Mehman Hüseynovun oğurlanması ilə bağlı heç bir izahat vermir. /contact.az

Google+ WhatsApp ok.ru