Bloger Mehman Hüseynovun növbəti məhkəməsi  fevralın 17-nə təyin edilib

Bloger Mehman Hüseynovun növbəti məhkəməsi fevralın 17-nə təyin edilib

Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloger Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başlayıb.
 
"Report"un məlumatına görə, hakimi Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynov vəkili Elçin Sadıqov məhkəmədən vaxt istəyib. O, polis rəisinin şikayəti tanış olmağını bildirib.
Məhkəmə vəsatəti təmin edib.
 
Növbəti iclas fevralın 17-nə təyin edilib.
 
Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. /

Google+ WhatsApp ok.ru