Bloomberg: Azərbaycan son on ildə silahlanmaya 22,7 milyard dollar xərcləyib 21 Noyabr 2016 02:00 Hərb Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir. Bunu ABŞ-ın “Bloomberg” agentliyi apardığı qiymətləndirməyə əsasən yazıb. Agentlik qeyd edir ki, regionda silahlanma yarışı ciddi problemə çevrilməkdədir: “Ermənistan “İskəndər” raket kompleksləri aldığı halda, Azərbaycan da İsraildən “kamikadze” PUA-ları alır və Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Bütün bunlar son illər ərzində münaqişənin ən ciddi kəskinləşdiyi aprel döyüşlərindən cəmi yeddi ay sonra baş verir”. Böyük Britaniyanın “Chatham House” Tədqiqat Mərkəzinin ekspertləri silahlanma yarışının daha ciddi hal aldığını və bunun gələcəkdə toqquşma ehtimalını artırdığını hesab edirlər. “Bloomberg”in məlumatına görə, Azərbaycan və Ermənistan son on ildə hərbi xərclərə ümumilikdə 27 mlrd. dollar vəsait sərf ediblər. Silah alışına ayrılan vəsaitə gəldikdə isə, Azərbaycan liderdir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 mlrd. dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. “Bloomberg” yazır ki, onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir. (Report) / Teqlər : #Bloomberg: Azərbaycan son on ildə silahlanmaya 22,#7 milyard dollar xərcləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya hipersəs və lazer texnologiyalı müasir silahların istehsalına başlayıb Həmsədr ölkələrdən Qarabağ bəyanatı
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'