Bloomberg: İŞİD dünyada neftin qiymətinin 100 dollaradək qalxmasına səbəb olacaq 16 Dekabr 2015 02:00 Dünya Bloomberg agentliyi 2016-cı ildə müəyyən ssenarilərin reallaşacağı təqdirdə baş verə biləcək hadisələrin siyahısını dərc edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ekspertlərin proqnozlaşdırdığı belə hadisələrdən də biri neftin bir barelinin qiymətinin 100 dollaradək qalxa bilməsi ehtimalıdır. Bu cür ssenarinin İŞİD-in Yaxın Şərqdə neft sənayesinin əsas infrastruktur obyektlərinə hücum edəcəyi və ya OPEK-in Venesuela və Əlcəzair kimi üzv ölkələrində siyasi vəziyyətin gərginləşəcəyi təqdirdə inkişaf edəcəyi ehtimal olunur. Bu hadisələr 2016-cı ildə dünya bazarında neftin defisitinə və enerji daşıyıcılarına tələbatın qəfil artmasına gətirib çıxaracaq. Bundan başqa, bu cür ssenarinin baş verəcəyi təqdirdə alternativ enerji mənbələrinə sərmayələrin həcminin xeyli artacağı proqnozlaşdırılır. / Teqlər : #Bloomberg: İŞİD dünyada neftin qiymətinin 100 dollaradək qalxmasına səbəb olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ və Rusiya “ortaq terrorçu siyahısı” barədə razılığa gəlib AEBA İranın nüvə proqramına dair qətnaməni təsdiqləyib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO