BM dünyada irqi ayrıseçkiliyin artdığını elan edib

BM dünyada irqi ayrıseçkiliyin artdığını elan edib

BMT dünyada irqi ayrıseçkilikdən narahatdır.
 
Dünyada müxtəlif dinlərin və irqlərin nümayəndələrinə qarşı aqressiv münasibətdə artım var.
 
Maide.Az xəbər verir ki, Bu fikri RİA Novosti-yə verdiyi müsahibədə BMT baş katibinin Soyqırımın qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adam Dienq söyləyib.
 
“Bunun səbəbi müxtəliflik problemi ilə konstruktiv işləməməyimizdir. Biz inklüziv deyilik. Bu gün əvvəlkindən daha çox xatırlamalıyıq ki, biz bir dünya, bir insanıq. Biz qaydalara hörmətlə yanaşmalıyıq. Lakin mən bu gün antisemitizmin artdığını, müsəlmanlara nifrət böyüdüyünü görürəm", deyə agentlik BMT nümayəndəsindən sitat gətirir.
 
Dienq dünya ölkələrini insanlar arasında daha böyük bərabərliyə nail olmağa çağırıb. "Bizə daha çox sosial ədalət lazımdır" deyə o qeyd edib.

Google+ WhatsApp ok.ru