BMT: `10 milyon yəmənli uşağın təcili yardıma ehtiyacı var`

BMT: `10 milyon yəmənli uşağın təcili yardıma ehtiyacı var`

BMT: 10 milyon yəmənli uşağın təcili yardıma ehtiyacı var
 
Maide.İnfo xəbər verir ki, BMT-nin Humanitar İşlər Yardım Koordinatorluğu Ofisi (OCHA) öz twitter səhifəsində verdiyi açıqlamada, işğalçı Səudiyyə Ərəbistan rejiminin Yəmənə qarşı təcavüzü  nəticəsində bu ölkədə 10 milyona yaxın uşağın təcili humanitar yardıma möhtac olduğunu bildirilib.
 
“Yəmənə edilən hücumlar və baş verən qarşıdurmalar insan ləyaqətinə ziddir və bu ölkədəxüsusilə uşaqların əsas ehtiyaclarını artırır”, -deyə OCHA-nın açıqlamasında bildirilir. 
 
Bundan öncə BMT-nin Uşaq Fondu (UNICEF) elan etmişdi ki, 2017-ci ilin aprel ayından indiyədək 636 min o cümlədən 150 min 5 yaşından aşağı olan uşaq vəba xəstəliyinə yoluxub. 
 
Həmçinin təşkilat bildirmişdi ki, 5 yaşından aşağı olan 380 min yəmənli uşaq yetərsiz qidalanmaya görə ölüm təhlükəsi ilə üz-üzədir. 
 
Yayımlanan hesabatlar Səudiyyə rejiminin Yəmənə qarşı təcavüzlərində ən çox müdafiəsiz mülki sakinlər və uşaqların zərər gördüyü, uşaqların çoxunun yetərsiz qidalanma və yoluxucu xəstəliklərə tutulduğu, yüzlərlə uşağın da hücumlarda həlak olduğunu ortaya qoyur. /

Google+ WhatsApp ok.ru