BMT: 17 yaşına çatmamış 300 mindən çox uşaq hərbi birləşmələrə cəlb olunub

BMT: 17 yaşına çatmamış 300 mindən çox uşaq hərbi birləşmələrə cəlb olunub

-- Bu uşaqlar soyğunçuluq, qarət və qətllər törədirlər

BMT-nin 2017-ci ildə dünyada uşaqların inkişafı ilə bağlı hesabatı dərc olunub. Hesabata göstərilir ki, müxtəlif münaqişələr və silahlı toqquşmalar nəticəsində 300 mindən çox 17 yaşına çatmamış uşaq hərbi birləşmələrə cəlb olunub.
 
Təkcə Sudanda baş verən vətəndaş müharibəsində 20 uşaq silahlanaraq hərbi birləşmələrə qoşulub. Bu uşaqlar soyğunçuluq, qarət və qətllər törədirlər.
 
Uşaqların qanunsuz hərbi birləşmələrə cəlb edilməsi xüsusilə Afrika ölkələrində müşahidə edilir. Siyahıya Somali, Konqo, Sudan, Mərkəzi Afrika Respublikası başçılıq edir. Suriya, İraq, Əfqanıstanda da uşaqlar terror qruplaşmalarına cəlb edilir və onlardan kamikadze kimi istifadə olunur.
 
BMT Konvensiyasının 38-ci maddəsinə əsasən, 17 yaşına çatmayan uşaqların hərbi birləşmələrə cəlb edilməsi qadağandır. (AzərTAc)
 

Google+ WhatsApp ok.ru