BMT: 19 milyon Yəmənlinin yardıma ehtiyacı var

BMT: 19 milyon Yəmənlinin yardıma ehtiyacı var

BMT Yəməndə ciddi qıtlıq təhlükəsi ilə bağlı xəbərdarlıq edib. 
 
Maide.Az xəbər verir ki, BMT bu xəbərdarlıqla yanaşı bildirib ki, Yəmənin 26 milyon nəfərlik əhalisindən 19 milyon nəfərinin humanitar yardıma ehtiyacı var. 
 
BMT-nin Humanitar İşləri üzrə baş katib müavini Stivın Obrayn beynəlxalq ictimaiyyətdən istəyib ki, Yəmənə yardımlarını artırsın.   
S.Obrayn deyib ki, hazırda Yəməndə 7 milyon nəfərin durumu daha ağırdır. Onlar növbəti yeməklərini hardan təmin edəcəklərini bilmir. Yəməndə ciddi qıtlıq təhlükəsi ilə üz-üzəyik. 
 
O əlavə edib ki, 2015-ci ilin mart ayından Səudiyyə Ərəbistan rejiminin Yəmənə təcavüzünin başlandığı gündən indiyədək 7500 nəfərdən çox insan həlak olub və  40 min nəfərdən çox insan yaralanıb. 
 
S.Obrayn deyib ki, ölkədə səhiyyə infrastrukturu dağıldığı üçün ölənlər haqqında dəqiq rəqəm bildirmək çətinləşib və həlak olanlarla bağlı elan olunan rəqəm həqiqi rəqəmlərdən azdır. /
 

Google+ WhatsApp ok.ru