BMT: 2015-ci ildə Yəməndə 5 yaşına qədər olan 10 min uşaq həyatını itirib

BMT bildirir ki,  təkcə 2015-ci ildə Yəməndə  5 yaşına qədər olan 10 min uşaq həyatını itirib
 
Maide.Az xəbər verir ki, BMT sözçüsü Stefan Dujarriç  deyib ki, bu azyaşlı uşaqların ölümünə səbəb ishal və sətəlcəm kimi qarşısı alına biləcək xəstəliklər olub. 
 
S.Dujarriç deyib ki, bu uşaqların həyatını itiriməsində ən başlıca amillərdən biri Səudiyyə Ərəbistan rejimi tərəfindən  Yəmənin  səhiyyə ocaqlarının dağıdılmasıdır. "Yəməndə  səhiyyə ocaqları tamamilə dağıdılıb və 600-dən çox səhiyyə ocağı isə  maliyyə problemlərinə görə,  dərman, tibb avadanlıq və yanacaq əldə edə bilməyib və fəaliyyətini dayandırıb". 
 
O əlavə edib ki, Yəmənin minlərlə tibb işçisi  isə ölkəni tərk edib. 
 
Qeyd edək ki, BMT-nin Uşaq Fondu mart ayında yayımladığı hesabatında  bildirmişdi ki, Səudiyyə Ərəbistanın ötən bir ildə Yəmənə təcavüzü nəticəsində 934 uşaq öldürülüb və 1356 uşaq isə yaralanıb. 
Hesabatda bildirilir ki, həmçinin təqribən 320 min yəmənli uşaq aclıqdan əziyyət çəkir ki, bu məsələ onların  xəstəliklər qarşısında  zəifləməsinə səbəb olur. 
İnsan haqları təşkilatları Yəmənli uşaqların 90 faizinə təcili humanitar yardımlar çatdırılması zəruriliyini vurğulayıblar.  Yəmənli qaynaqlar elan edib ki, Səudiyyə Ərəbistan rejiminin  Yəmənə hava hücumlarında indiyədək 9 min 500 -dən çox insanın həlak olduğunu bildirir. 
 
 

Google+ WhatsApp ok.ru