BMT: 22 milyon Yəmənlinin yardıma ehtiyacı var

BMT: 22 milyon Yəmənlinin yardıma ehtiyacı var

-- BMT yeni hesabat yaydı

Birləşmiş Millətlər Təşkilatı tərəfindən yayımlanan hesabatda bildirilir ki,  Yəməndə 22 milyon  insanın yardıma ehtiyacı var. 
 
Maide.Az “Tesnim” xəbər agentliyinə istinadən xəbər verir ki,  BMT tərəfindən yayımlanan hesabatda əhalinin 76 faizi, yəni 22 milyon nəfərin  yardıma ehtiyacı olduğu bildirilir. 
 
Yeni hesabata görə,  ölkədə  aclıq təhlükəsi hər gün artmaqdadır.   Belə ki, aclıq təhükəsi ilə üz-üzə olan  insanların sayı  son ay içində ciddi şəkildə artaraq 6.8 milyon nəfərdan 8.4 milyon nəfərə çatıb.
 
Fransa xəbər agentliyinin məlumatına görə,   Yəməndə  ən az 1500 məktəb Səudiyyə Ərəbistan rejimi tərəfəindən təşkil olunan hücumlar nəticəsində  xarabalığıa çevrilib. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya  2 il yarım öncə  Yəmən sabiq prezidenti  Mənsur  Hadini təkrar iqtidara  gətirmək məqsədilə  ölkəyə təcavüz etmiş.  Səudiyyə rejiminin  başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək  minlərlə Yəmənli həyatını itirib və ya yaralanıb.  On minlərlə insan evlərindən didərgin düşüb.

Google+ WhatsApp ok.ru