BMT: 820 milyon insan kifayət qədər qidalanmır

BMT: 820 milyon insan kifayət qədər qidalanmır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) noyabrın 28-i yaydığı hesabatında, iqlim dəyişikliyi və kənd təsərrüfatı sahələri ilə digər ehtiyatların azalması səbəbindən dünya miqyasında ərzaq tapmağın daha da çətinləşəcəyini bildirib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, “sıfır aclıq” hədəfinə çatmaq üçün daha təsirli siyasət və texnologiyaya ehtiyacın yarandığı qeyd olunan hesabatda, dünyada hal-hazırda 820 milyon insanın qeyri-kafi qidalandığı qeyd olunub.
 
Beynəlxalq Ərzaq Siyasəti Araşdırma İnstitutunun da köməyi ilə hazırlanan hesabat, “dünyada sıfır aclıq” hədəfi istiqamətində görülən işlərin sürətləndirilməsi üçün keçirilən qlobal konfransda gündəmə gətirilib.
 
Zambiyanın vitse-prezidenti İnonq Vayn konfransda çıxış edərək, belə deyib: “Hərəkətə keçmək çağırışı çox dəqiqdir! Yaşadığımız müddətdə "sıfır aclıq" məqsədinə çatmaq mümkündür. Aclıq və qeyri-kafi qidalanmanın sona çatması üçün real hədəfdir”.
 

Google+ WhatsApp ok.ru