BMT: “İsrail rejimi fələstinlilərin evlərini dağıtmağı dayandırmalıdır`

BMT: “İsrail rejimi fələstinlilərin evlərini dağıtmağı dayandırmalıdır`

-- İordan çayının qərb sahilində ən azı 44 məktəb dağıdılma təhlükəsi ilə üzləşib...

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov, İsrail rejimindən İordan çayının qərb sahilində fələstinlilərə məxsus ev və məktəbləri dağıtmağı dayandırmasını tələb edib.
 
Maide.Az "deyerler.org"-a  istinadən xəbər verir ki, fevralın 20-si BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı xüsusi iclasında danışan Mladenov, Fələstinin işğal olunmasından bir əsrə yaxın bir müddətin keçməsinə baxmayaraq, bu regionda münaqişələrin hələ də davam etdiyini söyləyib. Mladenov iki dövlətli bir quruluşun yaradılması üçün təcili danışıqların başlanmalı olduğunu və İsrail rejiminin də sionist yaşayış məskənlərinin salınmasını dərhal dayandırmalı olduğunu bildirib.
 
İordan çayının qərb sahilində ən azı 44 məktəbin dağıdılma təhlükəsi ilə üzləşdiyini bildirən Mladenov, bu ilin əvvəlindən indiyə qədər ən azı iki məktəbin dağıdıldığını deyib.
 

 

Google+ WhatsApp ok.ru