BMT: ‘İsrail rejimi hərbi cinayət və bəşəriyyətə qarşı cinayətdən mühakimə oluna bilər’

BMT: ‘İsrail rejimi hərbi cinayət və bəşəriyyətə qarşı cinayətdən mühakimə oluna bilər’

BMT-nin İnsan Haqları Şurasına müstəqil komissiya tərəfindən təqdim olunan hesabatda, 30 mart-31 dekabr 2018-ci il tarixləri arasında Qəzzada keçirilən aksiyalara müdaxilə edən İsrail rejiminin təhlükəsizlik qüvvələrinin 189 fələstinlini öldürüb, minlərlə insanı yaralayaraq, hərbi cinayət və bəşəriyyətə qarşı cinayət törətmiş ola biləcəyi bildirilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, BMT-nin istintaq Komissiyası Qəzzada mitinqlər tənzimləyən fələstinlilərin öldürülməsinə görə məsuliyyəti olan snayperlər və komandirlər daxil olmaqla şəxsiyyətlərilə bağlı məxfi məlumatlara malik olduğunu da bildirib.
 
Komissiya BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçeletin hesabatı Haaqadakı Beynəlxalq Məhkəmə yə təqdim etməli olduğunu bildirib. Beynəlxalq Məhkəmə bundan əvvəl İsrail rejiminin Qəzzaya qarşı 2015-ci ildəki əməliyyatlarında insan haqları pozuntularına dair ilkin istintaqa başlamışdı.
BMT müstəntiqlərinin hesabatında bunlara vurğu edilib: “İsral rejiminin əsgərləri vurulduqları əsnada başqalarının ölümünə və yaralanmasına təhlükə yaratmayıb və qarşıdurmalara birbaşa qatılmayan fələstinli etirazçıları öldürdü və əlil etdi”.
Beynəlxalq insan haqları qanunları pozularaq öldürülənlər arasında 35 uşaq və vəzifələrini aydın şəkildə göstərən nişanlar daşıyan 2 jurnalist və 3 səhiyyə işçisi də var.
 
Öldürülən fələstinlilərin 183 nəfəri həqiqi güllələrlə həyatını itirib, eləcə də 6106 fələstinli də həqiqi gülələrlə yaralanıb.
 
30 mart-31 dekabr 2018 dövrü ilə əlaqədar BMT-nin istintaq hesabatı, İsrail rejiminin qurbanları və zülmünə şahid olan yüzlərlə müsahibəyə, tibbi hesabatlara, video, PUA görüntüləri və fotoşəkillərdən ibarət dəlillərə söykənir.
 
Komissiyaya rəhbərlik edən argentinalı hüquq eksperti Santiaqo Kanton belə deyib: “İsrail rejiminin pozuntularının bəziləri hərbi cinayərt və ya insan haqlarına qarşı cinayət formalaşdıra bilər. İsrail rejimi tərəfindən dərhal istintaq aparılmalıdır”.
 
Bu arada, İsrail rejiminin Daxili İşlər Nazirliyi hesabata sərt bəyanatla çıxış edib: “Bəyanatda belə qeyd olunub: “BMT İnsan haqları Şurasının absurd teatrı, İsrail rejiminə qarşı daha bir düşməncəsinə, saxta və tərəfli hesabat hazırladı”.
 
Hesabatın səhv məlumatlara söykəndiyini qeyd edən nazirlik, belə bildirib: “Bu hesabatın məqsədi Yaxın Şərqin yeganə demokratiyasını etibardan salaraq, onun terrora qarşı mübarizəsinə zərər verməkdir”.
 
Bəyanatda İsrail rejiminin hesabatı rədd etdiyi bildirilərək, Qəzza sərhədindəki hadisələr səbəbilə HƏMAS ittiham olunub.

Google+ WhatsApp ok.ru