BMT: ‘İsrail rejimi son 17 ildə Fələstinə 48 milyard dollarlıq zərər vurub’

BMT: ‘İsrail rejimi son 17 ildə Fələstinə 48 milyard dollarlıq zərər vurub’

BMT-nin Ticarət və İnkişaf Konfransına təqdim olunan hesabatda, İsrail rejiminin işğalı nəticəsində Fələstin büdcəsinə vurulan zərərin son 17 ildə təxminən 48 milyard dollar olduğu bildirilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, BMT-nin məlumatına görə, Fələstin 2000-2017-ci il dövründə İsrail rejiminin işğalı səbəbindən 47,7 milyard dollar itirib. Bu məbləğin Fələstinin 2017-ci il büdcəsindən 3 dəfə çox olduğu və artmağa davam etdiyi bildirilib.
 
Hesabatda, sözügedən zərərin olmadığı halda, Fələstin üçün hazırlanan inkişaf modelinin son 17 ildə fələstinlilərə 2 milyon yeni iş yeri təmin etmiş olacağı vurğulanıb.
 

Google+ WhatsApp ok.ru