BMT: ‘Yəməndə KOVİD-19 virusuna yoluxanların təxminən 25 faizi vəfat edir’

BMT: ‘Yəməndə KOVİD-19 virusuna yoluxanların təxminən 25 faizi vəfat edir’

BMT Yəməndə yeni növ koronavirusa (KOVİD-19) yoluxanların təxminən 25%-nin öldüyünü açıqlayıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, BMT-nin Yəməndəki Humanitar İşlər Koordinasiya Ofisinin (OCHA) yazılı açıqlamasında, Yəmən rəsmilərinin ilk yoluxmanın qeydə alındığı 10 apreldən 6 iyuna kimi ölkədə 486 yoluxma hadisənin qeydə alındığını və onlardan 112-nin öldüyünü açıqlayıb.
 
Ölüm nisbətinin 24,77% kimi həyəcan verici rəqəmləri ortaya oyduğu bildirilən açıqlamada, dəqiqləşmiş yoluxma rəqəmlərinin 75%-ni kişilər və 45-59 yaş qrupları olduğu qeyd olunub.
 
Qeyd edilib ki, Ədən şəhəri epidemiyanın yayılması baxımından 130-la birinci, Hadramovt 126 yoluxma ilə ikinci şəhərdir və hesabatlar ölkədə yüzlərlə insanın KOVİD-19 virusuna oxşar simptomlarla öldüyünü göstərir.
 
Qeyd edək ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.
 

 

Google+ WhatsApp ok.ru