BMT: ‘Səudiyyə rejimi Yəməni qadağan olunmuş bombalarla vurur’

BMT: ‘Səudiyyə rejimi Yəməni qadağan olunmuş bombalarla vurur’

BMT hesabatında Səudiyyə rejiminin təcavüzkar koalisiyasının Yəmənin qərbindəki Hudeyda şəhərinə hücumda kasset bombalarından istifadə etdiyini bildirir.
 
Birləşmiş Millətlər Təşkilatı hesabatda Yəməndəki Səudiyyə rejiminin təcavüzkarlar koalisiyasının kasset bombasından istifadəsini kəskin tənqid edib.
 
Kasset bombalarının istifadəsi, 2008-ci ilin kasset bombalarının istifadəsinə dair konvensiyaya görə qadağandır. Səudiyyə rejiminin təcavüzkar koalisiyasının döyüşçüləri bu günə qədər dəfələrlə Yəmən şəhərlərini bombalamaq üçün həmin bombalardan istifadə edir. «Beynəlxalq Amnistiya» bu yaxınlarda Yəməndə partlamamış kasset bombaların mövcudluğunun ölkənin bəzi bölgələrini mina sahələrinə çevirməsi barədə xəbərdarlıq edib.
 
Xatırladaq ki, Səudiyyə rejimi, ABŞ, BƏƏ-nin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə geniş miqyaslı hərbi müdaxiləyə başladı və ölkəni mühasirəyə aldı. Səudiyyə rejiminin və müttəfiqlərinin Yəməndəki təcavüz nəticəsində bu gün ölkədə on minlərlə yəmənli öldürülüb, milyonlarla insan yaşadığı yerdən didərgin düşüb. /deyerler.org /
 

Google+ WhatsApp ok.ru