BMT: ABŞ-da 40 milyondan çox insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır 19 Dekabr 2017 02:00 Dünya -- bu göstərici prezident Donald Trampın siyasitinə görə arta bilər ABŞ-da 40 milyondan çox insan və yaxud hər 8 amerikalıdan biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və bu göstərici prezident Donald Trampın siyasitinə görə arta bilər. Bu barədə BMT-nin ifrat yoxsulluq məsələsi üzrə xüsusi məruzəçisi Filip Olston bildirib. Onun sözlərinə görə, bu, ABŞ-da insanların dünyanın digər zəngin ölkələri ilə müqayisədə sosial statusunu yüksəltmək üçün ən az imkanlara malik olması ilə bağlıdır F.Olston əlavə edib ki, ABŞ-ın ən varlı, ən güclü ölkələrdən biri olmasına baxmayaraq ölkənin nə gücü, nə dövləti, nədə texnologiyası yoxsulluq vəziyyətində yaşayan 40 milyon insana kömək etmək üçün istifadə edilmir. O, əminliklə bildirib ki, ABŞ prezidenti Trampın siyasəti nəticəsində ölkədə yoxsulluğun miqyası daha da artacaq: "Xüsusən, Ağ Evin vergi sahəsində tətbiq etdiyi siyasət ən kasıb amerikalıların 20%-i üçün çox pis fəsadlara gətirib çıxara bilər".(trend) Teqlər : #BMT: ABŞda 40 milyondan çox insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vyananı mitinq bürüdü - SƏBƏB? BMT: Dünyada 258 milyona yaxın insan miqrantdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO