BMT: Afrini 170 min sakin tərk etmək məcburiyyətində qalıb

BMT: Afrini 170 min sakin tərk etmək məcburiyyətində qalıb

-- Afrini tərk edənlərin çoxu Təl-Rifata qaçıb

Birləşmiş Millətlər Təşkilatı Afrindəki münaqişələrdən qaçan vətəndaşların sayının təxminən 170 min nəfər olduğunu açıqlayıb.

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, 50-70 min nəfər mülki əhalinin Afrində qaldığı ehtimal edilir. 

Birləşmiş Millətlər Təşkilatı Türkiyənin Afrində YPG-yə qarşı əməliyyatlarından sonra təxminən 170 min insanın evlərini tərk etdiyini açıqlayıb. 

 Açıqlamanı BMT-nin Humanitar İşlərin Əlaqələndirmə ofisinin mətbuat katibi Jens Laerke verib. 

 Laerke proqnozların 167 min nəfərin Afrindəki münaqişələr ucbatından evlərini tərk etdiyini göstərdiyini qeyd edib.   

"Afrini tərk edənlərin çoxu Təl-Rifata qaçıb. Afrində 50-70 min arası dinc sakin qaldığını təxmin edirik", - deyə BMT rəsmisi bildirib. 

 Afrinlə bağlı başqa bir bəyanatı Dünya Səhiyyə Təşkilatı verib. Dünya Səhiyyə Təşkilatının Suriyadakı nümayəndəsi Elizabet Hoff, "Uşaqlar, qadınlar və kişilər Afrindən qaçmaq üçün mənəvi əzab verən bir səfərə çıxıblar. Komandalarımız təhlükəsiz ərazilərə çatmaq üçün 36 saat ərzində yerimək məcburiyyətində qalan vətəndaşlarla qarşılaşıblar", - deyə diqqətə çatdırıb. 

 Dünya Səhiyyə Təşkilatı Afrindən qaçanların yerləşdiyi bölgələrə səyyar klinikalar və tibbi ləvazimat göndərildiyini də bildirib.   

Qeyd edək ki, Böyük Britaniya mərkəzli Suriya İnsan Haqları Rəsədxanası Afrindən qaçanların sayının 250 min nəfəri olduğunu açıqlamışdı.

 

Google+ WhatsApp ok.ru