BMT: Avropanın yaratdığı humanitar böhran hüquqla üst-üstə düşmür

BMT Avropanın öz yaratdığı insanı böhranın astanasında olduğu xəbərdarlığını edib. Təşkilat buna səbəb olaraq hökumətlərin sərhəd qadağaları tətbiq etməsini və birgə hərəkət edə bilməməsini göstərib.
 
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Adrian Eduard ilin əvvəlindən bu yana 130 mindən çox insanın Aralıq dənizibi keçdiyini açıqlayıb. Yalnız iki aya aid olan bu say, 2015-ci ilin 6 ayında olmuşdu.
 
Sözçü Yunanıstana çatan 24 min köçkün və qaçqının sığınacaq yerinə ehtiyacı olduğunu, bunların 8.500 qədərinin Makedoniya sərhədinə yığıldığını deyib.
 
Yunanıstanın vəziyyəti təkbaşına idarə etmədiyini də söyləyən Adrian Eduard, bir fəlakət baş verməməsi üçün digər Balkan ölkələrini müzakirəyə çağırıb.
 
Eduard, "Bəzi sahələrdə razılığa gəlinməsinə baxmayaraq, hökumətlərin birgə hərəkət edə bilməməsi, ölkələrin bir-birinin ardınca sərhəd qadağaları tətbiq etməsi və əsassız yalanlar, lazımsız iztirablara səbəb olur və Aİ ilə beynəlxalq hüquq standartlarına uyğun gəlməmək riski yaradır" - deyib.

Google+ WhatsApp ok.ru