BMT: Banqladeşə sığınan Arakanlı müsəlmanların sayı 536 min nəfərə çatıb

BMT: Banqladeşə sığınan Arakanlı müsəlmanların sayı 536 min nəfərə çatıb

Birləşmiş Millətlər Təşkilatı (BMT)  avqustun 25-dən indiyədək Myanmadakı  zorakılıqlardan qaçaraq Banqladeşə sığınan Arakanlı müsəlmanların sayı 536 min nəfərə çatdığını bildirib. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki,  Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) sözçüsü Joel Millman, BMT-nin Cenevrədəki ofisində təşkil etdiyi mətbuat konfransında bildirib ki, oktyabrın 9-11-də  Myanma ordusunun  zorakılıqlarından qaçan 15 min müsəlman Banqladeşə sığınıb.  
 
J.Millman deyib ki,  Banqladeş  - Myanma sərhəddində  Naf çayının Myanma tərəfində 8-9 min müsəlman Koxs Bazara keçmək üçün gözləyir. 
 
Avqustun 25 –dən indiyədək  Arakanlı müsəlman qaçqınların sayının 536 min nəfərə çatdığını deyən J. Millman  düşərgələrdə təmiz su və səhiyyə xidmətləri kimi təcili insan tələbatlarına böyük ehtiyacı olduğunu vurğulayıb. 
 
O, Arakanlı müsəlmanların Banqladeşə keçməyə  can atdığını və  Koxs Bazara sığınan qaçqınların Myanmadakı  evlərinə geri dönəcəklərinə dair hər hansı bir əlamətin olmadığını bildirib.

 

Google+ WhatsApp ok.ru