BMT-dən Bakını üzən cavab

Bu gün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı azərbaycanlı girov Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərovu qəbul edib.
 
ANS TV-nin məlumatına görə, qardaşının qaytarılması üçün təşkilata müraciət edən Sahib Əsgərova Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqlari üzrə Ali Komissarının cavab məktubu təqdim edilib.
 
Sahib Əsgərovun sözlərinə görə, burada ona təşkilatın tanınmamış respublikaya təsir imkanında olmadığını buna görə də danışıqlar üçün xüsusi məruzəçilərin ayrılacağını deyiblər.
 
"BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında bu gün bizi qəbul etdilər və qəbul zamanı təşkilatdan bildirdilər ki, həm sizi, həm də hökümətin ünvanladığı bütün məktublar Ali komisarın özünə təqdim edilib. Hazırda Ali Komissarlıqdan da məktublara cavab verilib. Cavabda isə qeyd edilir ki, bunlar Qarabağ ərazisində olduğuna görə, məhz təşkilatın birbaşa onlarla əlaqəsi olmadığına görə, heç bir şey edə bilmir. Bunun üçün təşkilat xüsusi məruzəçilər təyin edilib. Və məktublar da məhz onlara təqdim edilib. Siz təkrarən onlara müraciət edib, onlarla əlaqə saxlaya bilərsiniz”, deyə Sahib Əsgərov bildirib. /
 

Google+ WhatsApp ok.ru