BMT-dən Arakan müsəlmanlarına qarşı edilən cinayətlərlə bağlı istintaq tələbi

BMT-dən Arakan müsəlmanlarına qarşı edilən cinayətlərlə bağlı istintaq tələbi

BMT, Myanma hökumətinə ölkənin qərbindəki Arakan əyalətində müsəlmanların qətliamı, ölümlər və insan haqları pozuntusu ilə əlaqədar istintaq açılması çağırışı edib.
 
Maide.Az xəbər verir ki, çərşənbə günü Arakandakı Maungdaw və Buthidaung qəsəbələrini ziyarət edən 10 nəfərlik Birləşmiş Millətlər Təşkilatı heyətində yer alan BMT Myanma Koordinatoru Renata Lok-Dessallien, Yangonda keçirdiyi mətbuat konfransında bildirib ki, əyalətdəki hücumlar və əsgərlərin Arakan müsəlmanlarına təcavüz edərək öldürdüyü iddiaları ilə bağlı hökumətdən müstəqil istintaq aparılmasını tələb etdik.
 
Qeyd edək ki, Myanmada müsəlmanlar  illərdir ki, zülm, zorakılıq, işkəncələrə məruz qalır. Qeyri-rəsmi statistikaya əsasən ifratçı buddistlərin hücumları nəticəsində minlərlə müsəlman öldürülüb və evlərindən didərgin düşüb. 
 
BMT İnsan Hüquqları Şurası bu yaxınlarda Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmada müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı.
 
Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri qəbul etməmişdi.
 
Myanma rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir.
 
Məlumat üçün bildirək ki, Myanma hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. 

Google+ WhatsApp ok.ru