BMT-dən Qəzza haqqında qorxunc proqnoz: 2020-ci ildən sonra....

BMT-dən Qəzza haqqında qorxunc proqnoz: 2020-ci ildən sonra....

BMT hazırda sionist İsrail rejiminin mühasirəsi altında  olan Qəzzada mövcud vəziyyətin davam edəcəyi təqdirdə 2020-ci ildən sonra yaşamağın mümkün olmayacağını bildirib.
 
Maide.info  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzzanın mühasirədə qalmasının 10-cu ili əlaqədar hazırlanan “Qəzza: 10 il sonra” adlı hesabatda qeyd edilib.
 
Hesabatda Qəzzada ərzaq, sığınacaq, səhiyyə, ictimai xidmətlər və digər sahələrdə ciddi problemlərin yaşandığı, hətta 2020-ci ildən sonra içməli suyun tükənəcəyi vurğulanıb.
 
BMT-dən xəbərdarlıq edilib ki, sioniost rejimi blokadanı qaldırmağa və  Fələstin rəhbərliyini lazımi addımlar atmağa çağırıb. Əgər tədbirlər görülməzsə  Qəzzada həyat bitər.
 
Qeyd edək ki,  Qəzza zolağının sionist İsrail rejimi tərəfindən  mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar  son illər ərzində  Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb.  Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra  ən aşağı göstəricidir. 
 
Qəzza zolağının 362 min kvadrat kilometr  ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır.   
 
2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrub edilib.
 

 

Google+ WhatsApp ok.ru