BMT-dən Konqoda aclıq təhlükəsinin geniş yayılması ilə bağlı xəbərdarlıq

BMT-dən Konqoda aclıq təhlükəsinin geniş yayılması ilə bağlı xəbərdarlıq

BMT, Demokratik Konqo Respublikasında aclıqdan əziyyət çəkən insanların sayının ötən bir il ərzində 1,8 milyon artaraq 7,7 milyona çatdığını bildirdi.
 
Maide.İnfo xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramı və BMT Qida və Əkinçilik Təşkilatı tərəfindən yayımlanan birgə hesabatda, Konqo Respublikasında qarşıdurmalar və köçlər səbəbiylə ciddi şəkildə qida çatışmamazlığı yaşandığı bildirildi.
 
Hesabatda qarşıdurma bölgələrində kənd təsərrüfatı sahələrinin son iki mövsümdür talan olunduğu, bu səbəbdən də fermerlərin məhsul ala bilmədikləri və qida təchizatının kritik həddə çatdığı qeyd edilib.
 
Ölkədə qarşıdurmalarla yanaşı, xolera və qızılca kimi yoluxucu xəstəliklərin da insanların həyat şərtlərinə mənfi təsir etdiyinə toxunulub.
 
BMT, ölkəyə vaxtında təcili yardım çatmaması halında, vəziyyətin daha da pisləşəcəyi ilə bağlıq xəbərdarlıq edib. /

Google+ WhatsApp ok.ru