BMT-dən İsrail rejiminə Qüds barədə xəbərdarlıq

BMT-dən İsrail rejiminə Qüds barədə xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatı İsrailin Şərqi Qüdsdən geri çəkilməsini qadağan edən qanun barədə açıqlama verib.
 
BMT baş katibinin siyasi məsələlər üzrə köməkçilərindən olan Miroslav Yença bu qanunu tənqid edib. Yença bildirib ki, qanunun qəbulu Fələstin və sionist İsrail arasında münasibəti daha da pisləşdirəcək.
 
"Əgər qanun qəbul edilsə, İsrail rejiminin ərazidə idarəsi daha da güclənəcək və bu BMT qərarlarına əsasən razılaşmanı daha da çətinləşdirəcək. Məsələ tərəflər arasında razılaşma ilə həll edilməlidir. Bölgənin demoqrafik vəziyyətini dəyişdirəcək istənilən qərar ciddi qarşıdurmaya və şiddətə səbəb ola bilər" deyə BMT rəsmisi bildirib.
 
Qeyd edək ki, qanun Qüdsün İsrail rejiminin paytaxtı olması məsələsini nəzərdə tutur. Qərarın qəbulu üçün qanun 3 mərhələdən ibarət səsvermədən keçməlidir. (qaynarinfo) /

Google+ WhatsApp ok.ru