BMT-dən İsrailə qarşı sanksiya çağırışı

BMT-dən İsrailə qarşı sanksiya çağırışı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinin Hüquqlarını müdafiəsi üzrə xüsusi məruzəçisi Michael Lynk BMT-nin Baş Qərargahında, BMT Baş Assambleyasının insan hüquqları məsələləri üzrə 3-cü komitəsinə təqdim etdiyi illik  hesabatına dair mətbuat konfransı keçirib. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, M.Lynk  işğal edilmiş Fələstin ərazilərində istehsal işləri görən İsrail şirkətlərinin boykot edilməsinə dair çağırış edib. 
 
M.Lynk bildirib ki, İsrailin 50 ildir davam edən işğalı və "sistematik insan hüquqlarını pozması" hər keçən gün artmaqdadır. 
 
Beynəlxalq ictimaiyyətin İsrailə qarşı  sanksiya tətbiqinin, bu rejim rəhbərliyinin siyasətini dəyişdirməsində təsirli ola biləcəyi təklifini irəli sürən M.Lynk deyib ki, bu şirkətlərin orada olması qanunla qadağan edilməlidir.  “ İsrail ABŞ və Avropa Birliyi (AB) ilə ticarətdən çox asılıdır. İsraillilər xaricə səyahət üçün  viza almaqda çətinlik çəksə,  AB ilə ticarət razılaşmaları olmasa, həmçinin hərbi, iqtisadi, elmi iş əməkdaşlığa son qoyulsa, işğalçı rejiminin davranışında köklü bir dəyişiklik baş verə bilər. Bu baş verməlidir. Min kilometr məsafədəki bir səfər belə tək addımla başlayır və bu atmamız lazım olan ilk addım rolunu oynayar ."

 

Google+ WhatsApp ok.ru