BMT-dən 22,5 milyard dollarlıq humanitar yardım çağırışı

BMT-dən 22,5 milyard dollarlıq humanitar yardım çağırışı

-- 26 ölkədən 136 milyon insanın köməyə ehtiyacı var

BMT gələn il, dünyada təcili yardıma və qorunmağa ehtiyacı olan 91 milyon insan üçün 22,5 milyard dollar köməyə ehtiyac olduğunu  açıqlayıb. 
 
Maide.Az “Anadolu” agentliyinə isitnadən xəbər verir ki,  Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlərin Əlaqələndirmə Ofisi (OCHA) yayımladığı hesabatda keçən ilin dekabr ayında BMT və ortaqlarının, BMT 2017 Qlobal Humanitar Kömək Planı çərçivəsində, 92,8 milyon insan üçün 22,2 milyard dollar yardım çağırışı edildiyini bildirib. 
 
Hesabatda qeyd olunur ki, dünyada  uzun sürən qarşıdurmalar, təbii fəlakətlər, epidemiyalar və yerindən edilməyə görə 26 ölkədən 136 milyon insanın köməyə ehtiyacı var.  Bunlardan təcili dərəcədə humanitar yardıma ehtiyac duyan 91 milyon adam üçün gələn il 22,5 milyard dollar  vəsait lazımdır. 
 
2011-ci ildən müharibə gedən Suriyada humanitar yardımlar üçün 3,5 milyard dollara ehtiyac duyulduğuna diqqət çəkilən hesabatda, qonşu ölkələrə sığınan təxminən 5,3 milyon Suriyalı üçün də 4,16 milyard dollar vəsaitin lazım olduğu vurğulanıb. 
 
Hesabatda, Nigeriya, Cənubi Sudan, Suriya və Yəmən kimi dünyanın ən böyük humanitar böhranının yaşandığı ölkələrdə humanitar yardım ehtiyacının son dərəcə yüksək səviyyədə qalacağı vurğulanıb. 
 

Google+ WhatsApp ok.ru