BMT-dən işğalçı İsrailə sanksiya

BMT-dən işğalçı İsrailə sanksiya

-- `Şəhər salınması dayandırılmalıdır`

 Birləşmiş Millətlər Təşkilatı (BMT) işğal altında saxladığı Fələstin torpaqlarında yəhudiləri yerləşdirmək üçün şəhər tikməyə davam edən sionist İsrail rejiminə sanksiya tətbiq edib.
 
Maide.Az "acilnews"-a istinadən xəbər verir ki,   sionist rejimin qanunsuz əməlləri barədə hazırlanan 240 maddəlik hesabatda İsrailin şəhərsalma işlərini dayandırmasına göstəriş verilib.
 
Buna cavab olaraq işğalçı rejim bildirilib ki, qərarın dəyərləndirilməsi üçün zamana ehtiyac var. Həmçinin, Fələstinin ölkə ola bilmək üçün lazımi şərtləri qarşılamadığını iddia edərək əməllərinə haqq qazandırmaq istəyib.
 
Məsələ ilə bağlı İngiltərə də münasibətini ortaya qoyaraq tikintilərin dayandırılmasını tələb edib.
 
Almaniya isə fələstinlilərin Qüdsə sərbəst giriş-çıxışına icazə verilməsini və işğalçı rejimi fələstinliləri  cəzalandırma siyasətindən əl çəkməyə çağırıb. 

Google+ WhatsApp ok.ru