BMT-də işğalçı Səudiyyə Ərəbistanından tələb

BMT-də işğalçı Səudiyyə Ərəbistanından tələb

-- Yəməndə əl-Hudeydə limanı başda olmaqla bütün limanların açılmasını tələb edilib

BMT Təhlükəsizlik Şurası bu gün səhər saatlarında Yəmən haqqında açıqlama yayıb.
 
Maide.az İRİB agentliyinə istinadən xəbər verir ki, Yəməndə əl-Hudeydə limanı başda olmaqla bütün limanların açılmasını tələb edilib.
 
Açıqlamanı Küveyt, İsveç və Hollandiya birgə yayıb. Hər üç ölkə Yəmənə təcavüz edən Səudiyyə Ərəbistanı ilə danışıqlardan müsbət cavab almadıqları üçün bu addımı atıblar.
 
Qeyd edilib ki, Yəmənə humanitar yardım edilməsinin qarşısının alınması beynəlxalq qanunlara ziddir.
 
Məlumat üçün bildirək ki, S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 26 mart 2015-ci ildən etibarən ABŞ-ın dəstəyi ilə Yəmənə hücum edir. Hazırda Yəmən havadan, dənizdən və qurudan mühasirədədir.
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində 10 mindən çox uşaq və qadın həyatını itirib.  Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru