BMT-dən çəyirtkə fəlakəti xəbərdarlığı- 13 milyon insan təhlükə altında...

BMT-dən çəyirtkə fəlakəti xəbərdarlığı- 13 milyon insan təhlükə altında...

Birləşmiş Millətlə Təşkilatı Keniya, Somali və Efiopiyada 13 milyon insanın təhlükəylə üz-üzə qalmasıyla bağlı xəbərdarlıq edib. 
 
BMT Keniya, Efiopiya və Somalidə son illərdə ən pis çəyirtkə işğalının baş verdiyini açıqlayıb. BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkok mətbuat konfransında Şərqi Afrikada çəyirtkə işğalının artdığını deyib. 
 
Lovkok son 70 ildə Keniyada, son 25 ildə isə Efiopiya və Somalidə ən təhlükli çəyirtkə infestasiyasının olduğunu qeyd edərək insanların qida ehtiyatlarının təhlükə altında olduğuna diqqət çəkib.
 
Çəyirtkə hücumuna görə təxirəsalınmaz tədbirlər görülməzsə, Şərqi Afrika ölkələrinin fəlakətlə üz-üzə qalacağını deyən Lovkok, çəyirtkələrlə mübarizə üçün 76 milyon dollar vəsait lazım olduğunu bildirib. Onun sözlərinə görə çəyirtkələrin artmasına səbəb iqlim dəyişikliyidir.  
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edərək bunun qarşısı alınmazsa, bir il ərzində çəyirtkə vəbası baş verəcəyini deyib. Şərqi Afrikaya yayılmağa davam edən çöl çəyirtkələri Keniya, Somali və Efiopiyadan sonra Uqana və Tanzaniyaya çatıb. Hər gün 150 kilometr məsafəni qət edə bilən çəyirtkələr qida təhlükəsizliyinə ziyan vura bilir.  Bir kilometr ərazidə olan 40-80 milyon çəyirtkə sadəcə bir gündə 35 min kişiyə çatacaq qidanı yeyir.  /Moderator.az 
 

Google+ WhatsApp ok.ru