BMT-dən xəbərdarlıq: Yüz minlərlə uşaq ölə bilər

BMT-dən xəbərdarlıq: Yüz minlərlə uşaq ölə bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres yeni növ koronavirus səbəbiylə uşaqların qidalanma və məişət zorakılığı riski altında olduqlarını və qlobal iqtisadi tənəzzülün sürətlənməsi ilə 2020-ci ildə yüz minlərlə uşaq ölümünün baş verə biləcəyi xəbərdarlığını edib.

 
Maide.Az bildirir ki, "Sputnik"in xəbərinə görə, dünyadakı uşaqların demək olar ki, hamısının məktəbə gedə bilməyəcəyinə diqqət çəkən Quterres, bəzi məktəblərdə distant təhsil təklif etdiyini, lakin hamının bu imkana sahib olmadığını söyləyib.
 
Quterres, internetin bahalı və yavaş olduğu ölkələrdə uşaqların bundan yararlana bilməyəcəyini vurğulayıb.
 
Dünyanın tələbə əhalisinin təxminən yarısı olan 310 milyon nəfərin müntəzəm qida təchizatı üçün təhsil ocaqları yeməklərindən yararlandığını bildiriən Quterres, koronavirus epidemiyasından əvvəl bir çox uşağın qəbuledilməz qidalanma və böyümə geriliyi ilə qarşılaşdıqlarına diqqət çəkib.
 
Quterres həmçinin uşaqların məişət zorakılığının, karantində zorakılığın qurbanı və şahidi olduğunu qeyd edib və məktəbdən kənarda qalan qızların erkən hamiləliyi məsələsinə diqqət edilməsini bildirib.
 
İnternetə məruz qala biləcək zorakılığa diqqət çəkən Quterres, sosial media şirkətlərinin uşaqların qorunması üçün xüsusi məsuliyyət daşıdığını qeyd edib.
 
Hesabata görə, keçən il həddindən artıq yoxsulluqla üzləşən 386 milyona yaxın uşağa daha 66 milyon yeni uşaq əlavə edilə bilər.

Google+ WhatsApp ok.ru