BMT: Dünyada hər 5 saniyədə 1 uşaq ölür 19 Sentyabr 2018 01:00 Dünya BMT-nin hesablamasına əsasən ötən il dünyada 6,3 milyon uşaq ölüb. Bu, hər 5 saniyədə 1 uşağın ölümü deməkdir Maide.Az xəbər verir ki, bu barədə "Report" xəbər verir. Xəbərdə bildirilir ki, onlar 15 yaşına çatmayanlardır. Ölüm halları əsasən su çatışmazlığı, antisanitariya, tibbi yardımın olmaması və qida çatışmazlığı üzündən baş verir. Ölən uşaqların böyük əksəriyyəti – 5,4 milyon nəfəri 5 yaşına çatmadan dünyalarını dəyişiblər. Onların yarısı yenicə doğulan körpələrdir. BMT-nin Uşaq Fondu YUNİSEF-in eksperti Lourens Çendi bildirib ki, sadə məsələlərin həlli - dərmanların əldə olunması, təmiz su, elektrik təchizatı və vaksinləmələr uşaq ölümünü kəskin azalda bilər. Əgər yaxın vaxtlarda təcili tədbirlər görülməsə, 2018-ci ildən 2030-cu ilə qədər yaşı 5-dən az olan daha 56 milyon uşaq öləcək. Onların yarısını yenicə doğulanlar təşkil edəcək. Beş yaşadək uşaqlar arasında yayılmış ölüm hallarının yarısı Afrikanın Saharadan cənubdakı ölkələrinin payına düşür. Bu ölkələrdə hər on üçüncü uşaq ölür. Azyaşlılar 5 yaşa çatmır. Teqlər : #BMT: Dünyada hər 5 saniyədə 1 uşaq ölür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İspaniyada dizel avtomobillərinə vergi tətbiq ediləcək Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO