BMT-də ilk dəfə İsrail rejiminə qarşı qətnamə qəbul edildi-  VİDEO

BMT-də ilk dəfə İsrail rejiminə qarşı qətnamə qəbul edildi- VİDEO

BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejimindən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib.
 
Maide.Az xəbər verir ki, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamə qəbul edilib.
 
Sənəddə qeyd olunur ki, sionist işğalçı rejim  işğal olunmuş Fələstin torpaqlarında o cümlədən Şərqi Qüdsdə bütün yaşayış məskənlərinin inşasını dayandırmalıdır. Həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər. Eləcədə vurğulanır ki, İşğalçı rejimin yaşayış məskənlərinin inşasını davam etdirməsi sülh prosesinə manədir. 
 
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.
 
 
 

Google+ WhatsApp ok.ru