BMT-dən xəbərdarlıq: Yəməndə humanitar vəziyyət çox pisdir 06 İyun 2018 01:00 Yəmən -- Hadidə şəhərinin ətrafında baş verən qarşıdurma davam edərsə BMT baş katibinin yardımçısı Stefan Dujarrik Yəmənin hər gün artmaqda olan təhlükəli humanitar faciə ilə üz-üzə olduğunu bildirib. Maide.Az "shafaqna" a istinadən xəbər verir ki, O, hal-hazırda Hadidə şəhərinin ətrafında baş verən qarşıdurma davam edərsə, bunun Yəmən xalqı üçün dəhşətli nəticələri olacağı barədə xəbərdarlıq edib. O qeyd edib ki, Yəməndə Hadidə əyalətində baş verən toqquşma tətəfləri ilə müzakirələr davam edir. BMT Səudiyyə rejimi ilə sülh müzakirələrinin yenidən başladılması və Yəmən xalqına yardım çatdırılması mövzusunda müzakirələr aparır. Yəməndəki humanitar böhran BMT tərəfindən dəfələrlə xəbərdarlıq edilən bir mövzudur. Ancaq bu xəbərdarlıqlara Səudiyyə Ərəbistan rejimi və qərb dövlətləri məhəl qoymur. Dünyada insan haqlarını qoruduqlarını iddia edən və hər gün Yəməndəki döyüşlər haqqında çoxtərəfli davranışlar sərgiləyən qərb ölkələri, BMT-nin xəbərdarlıqlarına rəğmən Yəməndə humanitar faciəsinin baş verməsinə laqeydlik göstərməyə davam edir. London Times qəzetinin müxbirlərindən biri olan İona Craig Yəmənlə bağlı açıqlamasında, bu ölkədə yaşamın qorxunc faciə səviyyəsində olduğunu bildirdi. Craig vurğuladı ki, bu döyüşlərin dayandırılması yönündə heç bir ümid yeri görünmür və tərəflər siyasi müzakirələrə yanaşmaq istəmir. Xatırladaq ki, Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemlər yaradıb. Təcavüzkar Səudiyyə Ərəbistanı rejimi Yəməndə anbarları, xəstəxana və digər infrastrukturu bombalayaraq dağıtması bu ölkədə minlərlə insanın ölümünə səbəb olub. Bundan başqa, Səudiyyə rejiminin Yəmənə tətbiq etdiyi sanksiyalar nəticəsində dərman və qida kimi zəruri məhsulların girişi də əngəllənib. Dünyanın ən böyük böhranını yaşayan ölkədə 22 milyondan artıq dinc sakinin yardıma ehtiyacı var. Xeyriyyəçi təşkilatların fəaliyyətinin əngəlləri, davam edən münaqişə, iqtisadiyyatın çökməsi və sosial xidmətlərin olmaması səbəbindən Yəməndə ehtiyaclar hər gün artmaqdadır. Teqlər : #BMTdən xəbərdarlıq: Yəməndə humanitar vəziyyət çox pisdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTO Yəmən qüvvələri 160 Səudiyyəli muzdlunu əsir götürüb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'