BMT: Kovid-19-un ən kasıb ölkələrdə 3-6 aya qədər pik həddə olacağı gözlənilir

BMT: Kovid-19-un ən kasıb ölkələrdə 3-6 aya qədər pik həddə olacağı gözlənilir

Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni növ koronavirus (Kovid-19) xəstəliyinə qarşı mübarizə aparmaq üçün mart ayında Baş katib Antonio Quterresin açıqladığı 2 milyard dollarlıq qlobal yardım planını genişləndirib.

 
Maide.Az xəbər verir ki, BMT Baş katibinin İnsan Məsələləri üzrə müavini Mark Lokk epidemiyanın 3 aydan 6 aya qədər dünyanın ən kasıb ölkələrində ən yüksək nöqtəyə çatacağını təxmin etdiklərini vurğulayaraq, bu ölkələrdə ən böyük tələfatın və qeyri-sabitliyin hiss olunacağına işarə edib.
 
Bu ölkələrdə ən qısa müddətdə tədbirlər görülməsə, epidemiyanın münaqişə, yoxsulluq və qıtlığa səbəb olacağını xəbərdar edən Lokk, epidemiyanın həssas və kövrək ölkələrdə yayılmasının qarşısını almaq üçün 6,7 milyard dollar lazım olduğunu bildirib.
 
Epidemiyalara qarşı mübarizə dövründə BMT-nin yardım proqramlarına 9 yeni ölkə əlavə edilib: Benin, Cibuti, Liberiya, Mozambik, Pakistan, Filippin, Syerra Leone, Toqo və Zimbabve.

Google+ WhatsApp ok.ru